İran Prezidenti etirazçılara xəbərdarlıq etdi: "Bu, dözülməzdir"
18 noyabr 2019 12:25 (UTC +04:00)

İran Prezidenti etirazçılara xəbərdarlıq etdi: "Bu, dözülməzdir"

“Avtomobil yolu bağlamaq üçün yox, istifadə etmək üçündür”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani deyib.

“Xalqın gündəlik həyatına problemlər yaradanlar, asayişi pozanlar və yol bağlayanlar haqqında ölçü götürülməlidir. Xalqın haqqı olan etirazından sui-istifadə edilir, soyuq silahla insanlara, banklara, polis mərkəzlərinə və telekanallara hücum edilir. Bu, dözülməzdir. Mən məhkəmədən xahiş edirəm ki, baş verənlər qanun çərçivəsində araşdırılsın”, - deyə İran Prezidenti vurğulayıb.

O qeyd edib ki, hökumət ölkədə sabitliyin pozulmasına imkan verməyəcək.

Xatırladaq ki, noyabrın 16-da İranda benzinin qiyməti 50 faiz qaldırılıb ki, bu da əhalinin narazılığına səbəb olub.

# 1260
avatar

Oxşar yazılar