Azərbaycanda xərçəng xəstəliyindən ölənlərin sayı artıb: RƏSMİ
16 noyabr 2019 11:37 (UTC +04:00)

Azərbaycanda xərçəng xəstəliyindən ölənlərin sayı artıb: RƏSMİ

"2018-ci ildə Azərbaycanda ilk diaqnoz qoyulan 11 606 xərçəng xəstəsi qeydə alınıb".

APA xəbər verir ki, bunu III Beynəlxalq Uroonkologiya simpoziumunda Milli Onkologiya Mərkəzinin direktorunun birinci müavini Fuad Quliyev deyib ki, xəstələrdən 5 733 nəfəri kişidir: "Xərçəng xəstəlikləri sırasında ilk yerdə ağciyər, ikinci yerdə mədə xərçəngidir. Prostat xərçəngi isə bu sıralamada 5-ci yerdədir. Avropada prostat xərçəngi ilk sırada yer alır".

Onun sözlərinə görə, ölüm hallarının artmasının əsas səbəbi xəstələrin həkimə çox gec müraciət etməsidir: "Xəstələr həkimə xərçəng xəstəliyinin 3-4-cü mərhələsində müraciət edirlər ki, belə xəstələr də ümumi xəstələrin sayının 50 faizini təşkil edir.

O bildirib ki, "Uroonkologiya" jurnalının 2019-cu il məlumatlarına əsasən, Rusiyada 100 min əhaliyə 40 nəfər, Ukraynada 26-27 nəfər, Belarusda 70 nəfər onkoloji xəstədir: "Azərbaycanda isə bu say 100 min əhaliyə 7 nəfərdir. 15 il əvvələ nisbətən vəziyyət daha yaxşıdır. Amma bununla belə son illərdə xərçəng xəstələrinin sayı və xəstəliklə bağlı ölüm halları da artıb. Səbəb odur ki, xərçəng xəstəliyinə tutulanların çox gec, xəstəliyin 3-4-cü dərəcəsində həkimə müraciət edirlər, bu da xəstələrin 50%-ni təşkil edir. Qazaxıstanda, Ukraynada bu, 25 faizə, Belarusda 15 faizə qədərdir. Böyrək xərçəngi ilə də vəziyyət oxşardır. 50 faizə yaxın xəstə 2-3-cü dərəcədə həkimə müraciət edir. Əsas səbəb isə maarifləndirmənin kifayət qədər aparılmamasıdır".

F. Quliyev əlavə edib ki, son 3 ildə Milli Onkologiya Mərkəzində 2 500-dən çox onkoloji cərrahi əməliyyat həyata keçirilib.

# 1713
avatar

Oxşar yazılar