Bakcell şirkətinin yeni baş icraçı direktoru təqdim olunub - FOTO
14 noyabr 2019 12:27 (UTC +04:00)

Bakcell şirkətinin yeni baş icraçı direktoru təqdim olunub - FOTO

Bakcell şirkətinin yeni baş icraçı direktoru bu gün mediaya təqdim olunub.

Lent.az məlumat verir ki, şirkətin baş icraçı direktoru Rainer Ratgeber tədbirdə jurnalistlərin suallarını cavablayıb.

Qeyd edək ki, Cənab Ratgeber Telekommunikasiya sənayesi və konsaltinq sahələri üzrə rəhbər vəzifələrdə 28 ildən çox peşəkar təcrübəyə malikdir. O, Xorvatiya və Pakistanda baş icraçı direktor vəzifəsində və kommersiya sahəsində digər rəhbər vəzifələrində çalışıb.

Rainer Ratgeber Bakcell qrupuna 2019-cu ildə qoşulub. Bundan əvvəl Pakistanda baş icraçı direktor, Orta Şərqin ən iri operatorlarından biri olan Etisalat qrupunda isə baş kommersiya direktoru vəzifəsində çalışıb. "Etisalat"dan əvvəl isə o, "Deutche Telekom" şirkətində müxtəlif beynəlxalq vəzifələri icra edib.
Cənab Ratgeber iqtisadiyyat üzrə Almaniyanın Passau Universitetinin diplomuna malikdir.

# 1012
avatar

Nigar Abbasova

Oxşar yazılar