Canlı efirdə tanınmış müğənnimizə MAŞIN HƏDİYYƏ ETDİLƏR
14 noyabr 2019 09:26 (UTC +04:00)

Canlı efirdə tanınmış müğənnimizə MAŞIN HƏDİYYƏ ETDİLƏR

Azərbaycanlı müğənni Vüsal Əliyevə canlı efirdə avtomobil hədiyyə olunub. Lent.az-ın məlumatına görə, bu barədə prodüser Tolik ( Tarix Əliyev ) aparıcısı olduğu “Hər şey daxil” verilişində deyib. O, bildirib ki, Vüsala maşın hədiyyə edən dostudur: “Tamaşaçılar mənim səmimiyyətimə inanır. Bir nəfər mənə zəng etdi ki, Vüsalın dostuyam. Vüsalın vaxtı ilə qazandığı pulları heç kim qazanmayıb. Amma indi onun maşını yoxdur. Bu maşını ona hədiyyə edirəm. Maşın sürə bilmirsə, özünə sürücü tapar”.

 

Vüsal isə hədiyyə barədə bu sözləri deyib: “Hər maşınım olub, amma velosipeddən başqa heçnə sürə bilmirəm. Hədiyyəni kim göndərdiyini bilmirəm. Belə bir söz var ki, bəy verən atın dişinə baxmazlar. Efirə gül göndərən olanda da çox sağ ol deyirəm”.

# 17405
avatar

Yalçın UĞUR

Oxşar yazılar