Misirdə partlayış nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb
14 noyabr 2019 04:40 (UTC +04:00)

Misirdə partlayış nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb

Misirin şimalında Buheyra əyalətinin İtay əl-Barud bölgəsindən kemən  boru xəttində partlayış olub. 

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, partlayış nəticəsində baş verən güclü yanğın 6 nəfərin ölümünə, 15 nəfərin yaralanmasına səbəb olub.  

Misirin Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, yaralılar müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

# 719
avatar

Oxşar yazılar