Bakıda 29 yaşlı kişini döyərək qabırğasını sındırdılar
14 noyabr 2019 03:06 (UTC +04:00)

Bakıda 29 yaşlı kişini döyərək qabırğasını sındırdılar

 

Qaradağ rayonunda döyülmə hadisəsi baş verib.

APA xəbər verir ki, Sanqaçal qəsəbəsi ərazisində 1990-cı il təvəllüdlü Cavadov Ayaz Qurban oğlu tanımadığı şəxs tərəfindən döyülərək ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qabırğaların sınığı diaqnozu qoyulub.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

# 867
avatar

Oxşar yazılar