Bakıda sürücülər arasında dava: xəsarət alan var
13 noyabr 2019 19:16 (UTC +04:00)

Bakıda sürücülər arasında dava: xəsarət alan var

 

Bakıda döyülmə hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Bakı sakini Vidadi Hüseynov yol üstündə tanımadığı sürücü ilə mübahisə edib. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Nəticədə V. Hüseynov tanımadığı sürücü tərəfindən döyülüb.

Yaralı müxtəlif bədən xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

# 1006
avatar

Oxşar yazılar