Zərdabın icra başçısı işdən çıxarıldı, yeni başçı təyin edildi
12 noyabr 2019 12:44 (UTC +04:00)

Zərdabın icra başçısı işdən çıxarıldı, yeni başçı təyin edildi

 

 

Lütvəli Babəli oğlu Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Mərdan Talıb oğlu Camalov Zərdab  Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin daha bir sərəncamı ilə Mərdan Talıb oğlu Camalov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

 

# 3718
avatar

Oxşar yazılar