Üç rayonun qaz təchizatı yaxşılaşdırılır
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	Bakı şəhərinin Xətai, Nəsimi, Səbail rayonlarında 50 min sakinin qaz təchizatı yaxşılaşacaq. 
	"Azəriqaz"ın ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a bildirilib ki, bunun üçün mövcud istismara yararsız qaz kəmərlərinin yenilənməsinə başlanılıb. Qeyd edək ki, Xətai, Nəsimi, Səbai rayonlarını qazla təmin edən ümumi uzunluğu 3500 m olan 530 mm diametrində yeraltı qaz kəməri ötən əsrin 80-ci illərində çəkilib. Bu kəmərin 1500 m-lik hissəsi 2017-2018-ci illərdə təmir olunub. Hazırda Xətai rayonu Xocalı prospektindən başlayaraq N.Rəfiyev küçəsi və Nobel prospekti ilə Y.Səfərov küçəsinə kimi mövcud olan 2000 m uzunluğundakı qaz kəməri 400 mm diametrində olan polietilen kəmərlə dəyişdirilir. İşlərə bu il avqust ayının 15-də başlanılıb və noyabrın sonunadək tamamlanması planlaşdırılır. Bu günədək tikintinin 70 faizi icra olunub.
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0