359
17:57
28 Oktyabr 2019

Ulduz şokolad fabriki növbəti karyera sərgisində iştirak edib

Ulduz şokolad fabriki 25 oktyabr tarixində Qərbi Kaspi Universiteti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Məşğulluq Xidmətinin birgə təşkilatçılığı ilə “Karyerada ilk addım” adlı karyera sərgisində iştirak edib. Ümumilikdə 55 aparıcı şirkətin qatıldığı tədbirdə İnsan resursları və ictimaiyyətlə əlaqələr bölməsi ilə təmsil olunan fabrik mövcud vakansiyaları ilə savadlı və iş potensialı ilə seçilən gənclər tərəfindən maraqla qarşılanmışdır.
Açılışı edən universitetin rektoru, professor Andris Leitas, daha sonra şirkətlərin stendlərinə yaxınlaşaraq tanış olub və uğurlar diləyib.
Saat 10:00-dan başlayan sərgi saat 13:00-dək davam edib.