
Sahibkarları narahat edən əsas məsələ AÇIQLANDI
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sahibkarlar arasında müxtəlif sorğular keçirməyi planlaşdırır ki, bunun nəticəsində onların qarşılaşdığı problemlərin həlli yolu araşdırılacaq.
"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ASK-nin prezidenti, ASK-ın prezidenti, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Məmməd Musayev deyib.
Onun sözlərinə görə, əsas hədəf “Douing Business”də sahibkarlara yaradılan əlverişli şərait göstərici üzrə bu sahədə 20 ən qabaqcıl ölkələr sırasına çıxmaqdır.
“Yeri gəlmişkən, elə hədəflər də qoyula bilər ki, biz bu sahədə 10-cu yerdə qərarlaşaq”, - M. Musayev qeyd edib.
O həmçinin əlavə edib ki, bu gün sahibkarları narahat edən məsələlərdən biri kredit faizinin yüksək olmasıdır.
“Qeyd edim ki, hazırda "Aqrarkredit"in verdiyi kreditlərin böyük əksəriyyəti Sahibkarlığın İnkişafı Fondunun kreditləridir, onların da faiz dərəcəsi 5–7% arasında dəyişir. Bu, kiçik və orta biznes üçün çox əlverişlidir, məhz buna görə bizim müştərilərimizin sayı 6 mindən yuxarıdır”, - M. Musayev əlavə edib.
Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08