Bakıda narkotik alveri edən qadın saxlanıldı
23 oktyabr 2019 10:13 (UTC +04:00)

Bakıda narkotik alveri edən qadın saxlanıldı

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən qadın saxlanılıb.
 
APA-nın məlumatına görə, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Hövsan qəsəbəsi, R. Şahsuvarov küçəsində yaşayan Asudə Soltanova saxlanılıb. Qadının üzərində aparılan axtarış zamanı ondan 17.861 qram heroin və 10.683 qram matafezamin aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, A. Soltanova həmin narkotik maddələrdən özü istifadə etməklə yanaşı, satışını da həyata keçirib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi başlanılıb.
# 513
avatar

Oxşar yazılar