Xalq artisti Aygün Kazımova ötən gün fəxri ad alan Röya Ayxan, Tünzalə Ağayeva və Miri Yusifi təbrik edib. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədə status yazıb:
"Azərbaycanın Xalq artisti şərəfli adına layiq görülməsi münasibətilə başda əziz qardaşım Miri Yusif olmaqla, istedadlı həmkarlarımın hər birini ürəkdən təbrik edirəm".
Qeyd edək ki, A.Kazımova uzun illərdir Tünzalə Ağayeva və Röya Ayxanla küsülüdür.