
Uelsin oyunçusu: "Azərbaycanla oyun çox çətin olacaq"
“Millinin son iki oyunundan kənarda qalmağım üzücü idi. Yəqin ki, kənarda qalan digər futbolçular da eyni hissi keçirirdi”.
APA-nın məlumatına görə, bunu İngiltərənin “Bristol Siti” klubunun və Uels yığmasının futbolçusu Eşli Uilyams deyib.
35 yaşlı futbolçu millisinin AVRO-2020-nin seçmə mərhələsindəki son qarşılaşmalara çağırılan heyətdən kənarda qalıb. E.Uilyams Slovakiya və Xorvatiya ilə matçlarda iştirak etməsə də, yığmanın kapitanı kimi qaldığını bildirib: “Mən hələ də millinin kapitanıyam. Yığmada oynamaq, komandaya kömək etmək istəyirəm. Klubumda yaxşı oynayıramsa, niyə də millidən kənarda qalım? Seçmə mərhələdə iki matçımız olacaq. Mən də tamamilə bu görüşlərə köklənmişəm. Hər şey çox sadədir. Son iki oyunda Azərbaycanla Macarıstana qalib gəlməliyik. İlk oyunumuz Azərbaycana qarşıdır. Bu oyun çox çətin olacaq. Ardınca Macarıstanla görüşəcəyik”.
Qeyd edək ki, Azərbaycan – Uels oyunu noyabrın 16-da keçiriləcək.
Oxşar yazılar

Milyard necə bölündü? - Klublararası dünya çempionatında komandaların qazancı
15 iyul 2025 , 20:15
“Real” gənc oyunçunu 50 milyon avroya geri qaytardı - indi satışa hazırlaşırlar
15 iyul 2025 , 19:07
Tramp tarixin ən yaxşı futbolçusunun adını çəkdi
15 iyul 2025 , 11:53
PSJ onu almaq üçün 3 oyunçunu satır
15 iyul 2025 , 09:54
Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 04:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06