
"Veysəloğlu" Şirkətlər Qrupunda dünya çempionu ilə görüş keçirildi
Oktyabrın 12-də Hindistanın Mumbai şəhərində 14, 16 və 18 yaşlı şahmatçılar arasında keçirilən dünya çempionatında azərbaycanlı Aydın Süleymanlı birincilik əldə edib. O, Veysəloğlu MMC-nin əməkdaşı Elşən Süleymanlının oğludur.
Oktyabrın 15-də “Veysəloğlu” Şirkətlər Qrupunun ofisində çempion və onun atası ilə görüş təşkil edilib. Görüşdə şirkətin Müşahidə Şurasının sədri Aydın Talıbov və digər əməkdaşlar iştirak ediblər.
Aydın Talıbov Azərbaycana çempionluğu bəxş edən azyaşlı Aydın Süleymanlını təbrik edərək, ona xoş arzularını bildirib, uğurlar arzulayıb. Azərbaycan himnini yüksək arenalarda səsləndirdiyi üçün ona təşəkkürünü bildirib.
Görüş zamanı vurğulanıb ki, yüksək intellekt tələb edən şahmat idman növündə Azərbaycanın adının ön pillələrdə çəkilməsi hər birimiz üçün böyük fəxrdir. Aydın Süleymanlının bu uğuru bütün Azərbaycanın uğurudur.
Müşahidə Şurasının sədri daha sonra Aydın Süleymanlıya təşəkkürnamə təqdim edib və gələcəkdə ona yeni zirvələri fəth etməyi arzulayıb.
Azərbaycan sözügedən dünya çempionatinda 9 şahmatçı ilə (5 qız, 4 oğlan) təmsil olunub. 14 yaşadək oğlanların kateqoriyasında təmsilçimiz Aydın Süleymanlı keçirdiyi 11 oyunda 9 xal toplayaraq, dünya çempionu adına yiyələnib.
Oxşar yazılar

“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11
"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56
"Çelsi" külli miqdarda cərimələndi
4 iyul 2025 , 23:23
Ruzanna Məmmədova Avropa çempionu oldu
4 iyul 2025 , 22:33