
Bu ölkə Azərbaycanda spirtli içkilər zavodu açacaq
Yaxın zamanlarda Rusiyanın spirtli içkilər istehsalçısı olan "Tatspirtprom" dövlət şirkəti Azərbaycanda yerli distributor "Carchioglu Group" ilə birgə spirtli içkilərinin doldurulması zavodunu açacaq.
"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "Tatspirtprom"un baş direktoru İrek Minnaxmetov bildirib.
Onun sözlərinə görə, iki və ya üç il ərzində müəssisə illik 5,5 mln. dekalitr istehsal gücü ilə yerli bazarın 20%-nə sahib olmaq niyyətindədir ki, bu planlara yalnız bazarda saxta məhsulların payının böyük olması müdaxilə edə bilər.
Rusiyanın spirtli içkilər bazarındakı durğunluq istehsalçıları qonşu ölkələrdə genişlənmə nöqtələrini axtarmağa məcbur edir. Bu, "Tatspirtprom"un xaricdə olan ilk obyektidir, onun idarə edilməsi isə "RusAzeri Spirits" MMC (burada tərəflər yarıbayarı pay ilə (50/50) iştirak edirlər) tərəfindən həyata keçiriləcək.
İ.Minnaxmetov onu da qeyd edib ki, əvvəl yeni müəssisədə ildə 190 min dekalitr spirtli içki istehsal etməyə planlaşdırılır, bunun da 18 min dekalitri "Tatspirtprom"un bredlərinin payına düşəcək. Perspektivdə bu göstəricini 400 min dekalitrə çatdırmaq planlaşdırılır. Zavodda ilk məhsul yaxın günlərdə buraxılacaq.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06