Rəhim Rəhimlidən Zamiqə cavab gəldi - <span style="color:red;">QALMAQALLI MÖVZU
15 oktyabr 2019 10:35 (UTC +04:00)

Rəhim Rəhimlidən Zamiqə cavab gəldi - QALMAQALLI MÖVZU

Müğənni Zamiq Hüseynovun söylədiyi “Şou-biznesə saqqallı mən gətirmişəm” sözləri cavabsız qalmayıb.

Lent.az-ın məlumatına görə, ifaçının fikirlərinə bəstəkar-müğənni Rəhim Rəhimli etirazını bildirib: “Saqqal elə də yenilik deyil. Bunu ilk dəfə şou-biznesə kimin gətirdiyi isə maraqsızdır. Mənim üçün ilk böyük səhnə çıxışı yenilikdir. Avropada klip çəkmək, böyük işlər görmək yenilik sayılır. Ay saqqal gətirdim, sırğa taxdım, bu yenilik sayılmır. Düşünürəm ki, bu dərin mövzu deyil”.

Qeyd edək ki, Z.Hüseynovdan savayı müğənni Kərim Abbasov da “Şou-biznesə saqqalı mən gətirdim” fikrini səsləndirib. Bu açıqlama da müzakirələrə səbəb olmuşdu.

 

# 766
avatar

Yalçın UĞUR

Oxşar yazılar