Vasim Məmmədəliyev vəfat etdi
13 oktyabr 2019 23:15 (UTC +04:00)

Vasim Məmmədəliyev vəfat etdi

Azərbaycanın şərqşünas-alimi, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, BDU-nun ərəb filologiyası kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri  Vasim Məmmədəliyev dünyasını dəyişdi.

Lent.az-a bu məlumatı mərhumun yaxınları da təsdiqləyib.  Bildirildiyinə görə, görkəmli alim bir neçə vaxtdı xəstəlikdən əziyyət çəkirmiş.  

Qeyd edək ki, Vasim Məmmədəliyev 1942-ci ildə Bakıda həkim ailəsində anadan olub. 1964-cü ildə BDU- nun Şərqşünaslıq fakültəsini bitirib.
 
Vasim Məmmədəliyev 1992-ci ildə respublikanın əməkdar elm xadimi fəxri adina layiq gorülüb. 2002-ci ildə şöhrət ordeni ilə təltif edilib, 2007-ci ildə milli elmlər akademiyasinin akademiki seçilib.
 
Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə birgə “Qurani Kərim”i ilk dəfə azərbaycan dilinə tərcümə edib.
 
Allah rəhmət eləsin!
# 2814
avatar

Oxşar yazılar