
Başqanlığa namizəd: "Dəyişiklik baş verməsə, partiyanı yaxşı heç nə gözləmir"
Müsavat Partiyasına başqanlığa namizədlər İsa Qəmbərin hazırkı başqan Arif Hacılı ilə bağlı yazdığı dəstək statusuna münasibət bildiriblər.
APA-nın xəbərinə görə, bu gün keçirilən debatda başqanlığa namizəd Yadigar Sadıqlı deyib ki, İsa Qəmbər Müsavat Partiyasında nüfuza malik olan şəxsdir: “Bir çox halda üzlər İsa Qəmbərin sözlərinə şübhəsiz baxırlar. Bu da bir o qədər yaxşı hal deyil. Onun Arif Hacılını dəstəkləməsi böyük amildir. İsa bəy bunu etməklə seçkiləri şübhə altına alır. Əgər dəyişiklik baş verməzsə, partiyanı yaxşı heç nə gözləmir”.
Tofiq Yaqublu isə bildirib ki, İsa Qəmbərin Arif Hacılını dəstəklənməsində qəbahətli heç nə yoxdur: “Ancaq İsa Qəmbərin Arif Hacılıya dəstək verəcəyi ilə bağlı yazısında qeyri-səmimi olduğu məqamlar da vardı. İsa Qəmbər hiss etdi ki, vəziyyət arzulanan kimi olmaya bilər, ona görə bu dəstəyi verdi. Arif Hacılıya səs verməsi, onu seçməsi İsa Qəmbərin hüququdur. Əksinə, bu mənə daha da güc verdi".
Arif Hacılı isə deyib ki, İsa Qəmbərin onun haqqında yazdıqlarını çox yüksək qiymətləndirib: “Hesab edirəm ki, İsa Qəmbərin bu addımı tarixi hadisədir. Tək mən yox, rəqiblərim də bu seçkilərin nəticələrinin necə olacağını bilirlər”.
Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48