279
13:11
07 Oktyabr 2019

Reabilitasiya vasitəsi ilə təmin edilən əlillərin sayı AÇIQLANDI

Bu ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxsləri 19998 reabilitasiya vasitəsi ilə təmin edib.

Nazirlikdən Lent.az -a bildirilib ki, bu müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyininProtez-Ortopedik Bərpa Mərkəzi 6336 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib. Onlardan 750 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.

Doqquz ayda mərkəzdən əlilliyi olan şəxslərə 809 əlil arabası, 873 aşağı və yuxarı ətraf, habelə döş protezi, 970 aşağı və yuxarı ətraf ortezi, 4417 müxtəlif reabilitasiya vasitəsi, bel və boyun nahiyəsi üçün 429 korset, 530 cüt protez ayaqqabı,2728 cüt ortopedik ayaqqabı, 516 dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər 1911 qoltuqaltı və dirsəkaltı ağac, 956 ədəd əsa və digər reabilitasiya vasitələri ilə də təmin ediliblər.

Ümumilikdə, 2019-cu ilin yanvar-sentyabr aylarında Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindənəlilliyi olan şəxslərə 19998 reabilitasiya vasitəsi verilib,506 nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.