
Azərbaycan millisi bu ölkələrlə rəqib oldu
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Avropa Olimpiya Təsnifat Turnirlərindəki rəqibləri dəqiqləşib.
APA-nın məlumatına görə, yanvarın 7-12-də Hollandiyanın Apeldorn şəhərində keçiriləcək yarışda yığma A qrupunda mübarizə aparacaq.
Hələlik baş məşqçisi olmayan komandamız ev sahibləri, Polşa və Bolqarıstanla qüvvəsini sınayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya voleybolçuları güclərini yoxlayacaqlar.
Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında “köhnə qitə”ni təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.
Qeyd edək ki, qadınların mübarizəsində Yaponiya, Serbiya, Çin, ABŞ, Braziliya, Rusiya və İtaliya Olimpiadada iştirak hüququ qazanıblar. Son 5 yer isə qitə təsnifat turnirlərində sahiblərini tapacaq.
Oxşar yazılar

Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39
Premyer Liqada futbolçu satışından ən çox pul qazanan hansı komandadır?
1 iyul 2025 , 12:39
"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31
3 güləşçimiz Avropa çempionatının finalında
30 iyun 2025 , 23:11