1559
09:03
03 Oktyabr 2019

"Maşın" şouda qalmaqal yaradan 2 iştirakçıdan biri oyundan çıxarıldı

“Maşın” şounun 18-ci buraxılışında ilk səsverməyə aşıq Namiq Fərhadoğlu çıxarılıb. Lent.az -ın məlumatına görə, aşıq səs topladığı halda müğənni Kərim Abbasovu oyundan kənarlaşdıracağını deyib. Veriliş zamanı tərəflər arasında söz davası olub. Onlar bir-birlərinə xoş olmayan sözlər deyib.

Nəticədə 69,41 faiz səs toplayan Namiq Kərimi oyundan çıxarıb.

Qeyd edək ki, şouda oyunu Xalq artistləri Bilal Əliyev, Fatma Mahmudova, müğənnilər Ayan Babakişiyeva, Türkan Vəlizadə, Nazim Pişyari, Fuad Musayev, Aysun İsmayılova, Ramal İsrafilov, Niyam Salami, meyxanaçı Aqşin Fateh, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aşıq Namiq Fərhadoğlu, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov, reper Qurd davam etdirir.