Müğənni Tacir Şahmalıoğlu “Şou ATV” verilişinin qonağı olub.
Lent.az-ıın məlumatına görə, verilişdə ifaçı bildirib ki, onun ilk adı Tahir olub: “Mənim əvvəl adım Tahir idi. Atam Tahir qoydu, sonra qonşumuz Ayna atama şikayət etdi ki, mənim oğlumun adı Tahirdi. Sən niyə bu adı qoymusan? Atam da onun bu sözlərindən sonra gedib sənəd verilən yerə adımı dəyişib və Tacir qoyub”.