Heydər Əliyev Mərkəzində «Natiq» ritm qrupunun konserti olacaq
30 sentyabr 2019 12:06 (UTC +04:00)

Heydər Əliyev Mərkəzində «Natiq» ritm qrupunun konserti olacaq

 
 
Noyabrın 10-da Heydər Əliyev Mərkəzində Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi «Natiq» ritm qrupunun konserti keçiriləcək.
 
Heydər Əliyev Mərkəzindən APA-ya verilən məlumata görə, qrup «Qaytağı», «Qaval rəqsi», «Bir qəlbdə iki ruh» və tamaşaçı rəğbəti qazanmış digər kompozisiyaları ilə yanaşı, məhz bu konsert üçün hazırladığı yeni nömrələri də ifa edəcək.
 
Azərbaycanın qədim milli zərb aləti olan nağaranı tanıtmaq, təkmilləşdirmək və yeni ritmlər qurmaq məqsədilə 2001-ci ildə «Natiq» ritm qrupu yaradılıb. Natiq Şirinov qrup rəhbəri olmaqla yanaşı, pedaqoq və ritm bəstəkarı kimi fəaliyyət göstərməyə başlayıb.
 
2007-ci ildə Əməkdar artist, 2018-ci ildə Xalq artisti fəxri adı ilə təltif olunub. 2011-ci ildə Koreyada Dünya Ritm yarışmasında «Dünya Qran Prisi»ni qazanıb. 2012-ci ildə «Eurovision», 2015-ci ildə I Avropa Oyunları, 2016-cı ildə «Formula-1», 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının açılış mərasimlərində çıxış edib.
 
Qrup ABŞ, Almaniya, Avstiya, BƏƏ, Çin, Fransa, İran, İsveçrə, İtaliya, Koreya, Mərakeş, Norveç, Polşa, Rusiya, Türkiyə, Tayvan və digər ölkələrdə konsertlər verib, müxtəlif tədbirlərdə, festivallarda iştirak edib.
 
Natiq Şirinov dünyanın bir çox məşhurları – Ruslana, Rihanna, Sami Yusuf, Stiven Siqal və s. ilə birgə çıxışlar edib.
# 766
avatar

Oxşar yazılar