
Dövlət Baxçalı xəstəxanadan buraxıldı - YENİLƏNİB
Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı xəstəxanadan evə buraxılıb.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, D. Baxçalı yuxarı tənəffüs yollarının iltihablanması ilə əlaqədar xəstəxanaya müraciət edib.
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, MHP sədrinin səhhəti yaxşıdır, müalicəsini evdə davam etdirəcək.
***
13:50
Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Ankarada xəstəxanaya yerləşdirilib.
APA-nın CNN Türk-ə istinadən verdiyi xəbərə görə, MHP sədrinin köməkçisi Semih Yalçın D. Baxçalını xəstəxanada ziyarət edib.
O qeyd edib ki, D. Baxçalının şüuru özündədir və səhhəti yaxşıdır: “Dövlət Baxçalının ürəyində hər hansı problem yoxdur. Şüuru özündədir. Partiya sədrimizin səhhəti yaxşıdır”.
Oxşar yazılar

Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49