Alma cemini belə hazırlayın - <span style="color:red;">Usta öz sirlərini açır : <span style="color:red;">Lent.az-ın mətbəxi
22 sentyabr 2019 15:20 (UTC +04:00)

Alma cemini belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “Ağababa Ağababa” adı ilə məşhur olan səhifəyə istinadla alma ceminin necə hazırlanması ilə tanış edəcəyik.
 
Tərkibi:
 
2 kq turşməzə alma, 3 st su, 1,2 kq şəkər tozu
 
Hazırlanma qaydası:
 
Almaları yuyuruq, sonra özəklərini çıxarıb, dilimləyərək qazana əlavə edirik. Üzərinə su töküb, qapağını bağlayıb qoyuruq ocağa. 15 dəqiqə bişdikdən sonra qapağını açırıq.
 
Meyvə yaxşıca bişdikdən sonr ocaqdan götürüb blenderlə əzirik. Sonra təkrar ocağa qoyub, içinə şəkər tozunu əlavə edib qarışdıra-qarışdıra bişiririk. Cem qatılaşandan sonra ocaqdan götürüb sərin yerdə saxlayırıq.
 
Nuş olsun!

# 2631
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar