Anar Məmmədliyə hökm oxundu
07 sentyabr 2026 16:37 (UTC +04:00)

Anar Məmmədliyə hökm oxundu

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi" Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi Anar Məmmədlinin 13 il, Anar Abdullayevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini elan edib.  

Dövlət ittihamçısı 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, Anar Məmmədlinin 14 il, Anar Abdullayevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq  ki, Anar Məmmədli ötən ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2 (qanunsuz sahibkarlıq) 193-1.3.1(cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma)193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - ​eyni əməlin xüsusilə külli miqdarda törədilməsi) 206.4 (qaçaqmalçılıq) 213.2.1 (vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqqlarını ödəməkdən yayınma) 320.1(hüquq verən rəsmi sənədi, möhürü, ştampı, blankı qanunsuz hazırlama, saxtalaşdırma, satma və ya saxta sənəddən istifadə etmə) və 320.2-ci (saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar