351
04:42
20 Sentyabr 2019

Meksikada "Lorena" qasırğası səbəbindən həyəcan siqnalı verilib

Meksika rəsmiləri cümə axşamı günü “Lorena” qasırğası səbəbindən Sakit okean sahillərindəki Nayarit, Kolima və Xalisko ştatlarının bir neçə bölgəsində yüksək – narıncı həyəcan səviyyəsini elan edib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, Xaliskonun şimal-qərbində maksimal – qırmızı təhlükə səviyyəsi tətbiq olunub. Bu barədə Milli Mülki Müdafiə Administrasiyasının dərc olunmuş bülletenində bildirilib.

Cərəyan hazırda Xalisko sahillərindən 25 km məsafədə yerləşir və şimal-qərbdən 4,7 m/san. sürətlə hərəkət edir. Küləyin sürəti 30 m/san., arabir 38,8 m/san.-dək artır. Qasırğa səbəbiylə onlarla bələdiyyədə məktəblərdə dərs ləğv edilib.