"Oranı bağlayıb "kalqotka" mağazası elədilər" - <span style="color:red;">Çingiz Abdullayev
16 sentyabr 2019 15:10 (UTC +04:00)

"Oranı bağlayıb "kalqotka" mağazası elədilər" - Çingiz Abdullayev

Sentyabrın 16-da Bakı dəmir yolu vağzalında Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayevin imza günü keçirilib.
 
APA-nın məlumatına görə, Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədrinin birinci müavini Əlirza Süleymanovun da iştirak etdiyi görüşdə Çingiz Abdullayev bilik günü münasibəti ilə oxucuları təbrik edib: "Məktəbliləri görəndə atamın məni məktəbə apardığı illəri xatırladım. Sevinirəm ki, qızlarımız bu gün təhsil alırlar, oxuyurlar".
 
O, yazıçıların tarixin sınağından hər zaman keçdiyini vurğulayıb: "Mən hər dəfə Gəncəyə gedəndə baxıram, oranın nə qədər hakimi olub, ancaq heç birinin abidəsi yoxdur, Nizaminin abidəsi isə var".
 
Ç. Abdullayev Azərbaycanda kitab mağazalarının çoxalmasına sevindiyini vurğulayıb: "Kitab mağazaları nə qədər çox olsa, o qədər yaxşıdır. Vaxtı ilə Qız Qalasının yanında kitab mağazası var idi. Oranı bağlayıb" kalqotka" mağazası və bərbərxana elədilər. Məni bağışlayın, amma mən "kalqotka" geyinmirəm, saçımı da görürsünüz, bərbərə ehtiyac yoxdur. Amma sevindiricidir ki, Bakıda yenidən kitab mağazaları fəaliyyət göstərməyə başlayır. Deyəndə ki, Azərbaycan xalqı ticarət xalqıdır, mən özümü təhqir olunmuş hesab edirəm. Çünki müsəlman Şərqində ilk opera, ilk balet bizdə yaranıb. Bunları yaradanlar məgər kitab oxumayıb? Belə dühalar yaradan xalq necə ticarətçi demək olar".
 
Daha sonra Ç. Abdullayev kitablarını imzalayıb.
# 995
avatar

Oxşar yazılar