
Rövşən Rzayev: "Bu təxribatlara ad verilməlidir”
“ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər. Bu təxribatlara ad verilməlidir”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.
Onun sözlərinə görə, heç bir xalq silah gücü ilə digər xalqın müqəddəratını təyin edə bilməz: “Torpaqlarımızın işğalı bütün dünyaya bəllidir. Eyni zamanda bütün beynəlxalq təşkilatlar mövqelərini bildirib ki, Azərbaycanın Dağlıq Qarabağda yaşayan əhalisinə qarşı etnik təmizləmə siyasəti həyata keçirilib və hazırda Dağlıq Qarabağda heç bir azərbaycanlı yaşamır".
R. Rzayev əlavə edib ki, hazırda qaçqın və məcburi köçkünlər Azərbaycanın 59 şəhər və rayonunda məskunlaşıb: “Belə olan halda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir. Biz bunu pisləyirik və ATƏT-in Minsk Qrupunun həmsədrləri olan dövlətlərdən buna mövqe bildirməsini gözləyirik".
Oxşar yazılar

Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48