

Dərsliklərdəki Ermənistan bayraqları: "Cəmiyyətə zərbə vurur" - DEPUTAT
"Dərsliklər xalqımızın mənəviyyatına uyğun olmalıdır".
Lent.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında deputat Naqif Həmzəyev yazıb. O qeyd edib ki, Ulu öndər Heydər Əliyevin müdrik kəlamlarından biri də “Təhsil millətin gələcəyidir” sözləridir:

"Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan təhsil sahəsinə xüsusi qayğı ilə yanaşaraq bildirib ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.
Təhsilin inkişafı, düzgün qurulması hər bir cəmiyyətin taleyüklü məsələsidir. Başqa sahələrindən fərqli olaraq, təhsildə buraxılan nöqsanların nəticələri ayrı-ayrı fərdlərə deyil, birbaşa cəmiyyətə zərbə vurur. Gənc nəslin dünyagörüşünün formalaşdırılması, onların təlim və tərbiyəsinin düzgün təşkil edilməsinin yolu buradan keçir. Məhz bunun üçün təlim-tərbiyə ilə yanaşı dərsliklər milli məqsədlər, mənafelər əsasında qurulmalıdır.
Özəl nəşriyyatların çap etdiyi dərs vəsaitləri isə bəzən xalqımızın, millətimizin tarixinə, mənəviyyatına uyğun olmur. Ali məktəblərə hazırlaşanlar üçün “Azərbaycan tarixi” məlumat kitabının üz qabığının üzlüyünün dizaynının, ibtidai sinif dərsliyində cədvəlin Ermənistan bayrağı fonunda tərtib olunması nə dərəcədə doğrudur?".
N.Həmzəyev əlavə edib ki, təbiətdə 7 rəng və bu rənglərin saysız-hesabsız çalarları olduğu halda Ermənistan bayrağını əks etdirən, bir-birinə uymayan, ardıcıl 3 rəngdən istifadə olunması narahatçılıq yaradır və aidiyyəti qurumlar bu məsələyə laqeyd qalmamalı, ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən məqamlara münasibət bildirməlidirlər.
Oxşar yazılar

"Bakıkart" terminalına qəpik daxil etmək olmur - Vətəndaşlar narazılıq etdi
4 iyul 2025 , 20:15
Bu 4 tarixdə doğulan insanlar yalnız qocalanda şans tapacaqlar
4 iyul 2025 , 19:46
Təzə pomidorları soyuducuda saxlamayın: ən yaxşı yer haradır?
4 iyul 2025 , 19:20
Azərbaycanda dəhşətli istilər gözlənilir - RƏSMİ
4 iyul 2025 , 18:28
İyulda şəxsi həyatlarında köklü dəyişikliklər olacaq BÜRCLƏR
4 iyul 2025 , 18:26
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
4 iyul 2025 , 17:26
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq? - PROQNOZ
4 iyul 2025 , 17:11
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
4 iyul 2025 , 16:39