354
19:44
06 Sentyabr 2019

Bet Mun Azərbaycanda nəyə heyrətlənəcəkdi? Bu şəkilləri uzun illər unutmayacaqsız

Təbiət görüntülərini lentə alan məşhur fotoqraf Bet Mun bütün dünyanı gəzərək yaşı yüz illəri ötmüş ağacları çəkir.

Bet Mun ağacları 2 kateqoriyaya görə seçir: yaşı, ölçüsü və tarixi əhəmiyyətinə görə. O, tarixi kitablara, botanika arxivlərinə, qəzet, jurnal məqalələrinə istinadən qocaman ağacları axtarıb tapır, fotoaparatının yaddaşına köçürür.

Bu ağacları seçmək üçün o, Latın Amerikasında, Afrikanın tropik meşələrində, Asiyanın cəngəlliklərində olub. Nəhəng, vüqarlı, yaşı yüz illərlə ölçülən ağacları lentə alıb.

Amma cənab Mun Azərbaycana gəlsəydi, ən azı iki böyük tarixi abidəni, iki nəhəng və qocaman ağacı da görə bilərdi, heyrətlənərdi. Onlardan biri İsmayıllı rayonunun Basqal kəndində, digəri isə Şəkidə torpağı qucaqlayıb.

Lent.az Bet Munun çəkdiyi və Azərbaycandakı iki nəhəng çinarın fotolarını təqdim edir.