
Sayğacların kartlarının verilməsi prosesində növbələr yaranıb
Bu gün 2 saylı “ASAN Kommunal” mərkəzində smart kart tipli sayğacların kartlarının verilməsi prosesində növbələr yaranıb.
Bu barədə Lent.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən (İB) məlumat verilib.
Məlumata görə, bunu nəzərə alaraq birliyin rəhbərliyi problemin operativ həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Beləliklə, bu gündən Bakı Regional Qazın Satışı Departamentinin bir qrup işçisi Mərdəkan, Maştağa və Xırdalan xidmət sahələrinə cəlb olunub və həmin yerlərdə fəaliyyət bərpa edilib. Hətta 2 saylı “ASAN Kommunal”dan uyğun istiqamətlər üzrə abonentlərin aparılması üçün nəqliyyat vasitələri də ayrılıb.
Xatırladaq ki, bu həftənin əvvəlindən “ASAN Səyyar” xidmətinin təşkili ilə bağlı Maştağa, Mərdəkan və Xırdalan xidmət sahələrində çalışan mühəndis heyəti 7 istiqamət üzrə rayonlara ezam olunub.
Oxşar yazılar

Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12
Bəy toyda atasını dəli etdi və sillələndi
11 iyul 2025 , 16:29Havanın temperaturu 40 dərəcəni keçəcək - XƏBƏRDARLIQ
11 iyul 2025 , 15:26
Tək ümidləri yağışa qalıb: İmişlidə pambıq sahələri və bostanlar SUSUZLUQDAN YANIR
11 iyul 2025 , 14:03
Azərbaycanda yaşamaq icazəsi üçün hansı tələblər var? - CAVAB
11 iyul 2025 , 13:49
Sabah çimərliklərə hazırlaşanlara ŞAD XƏBƏR
11 iyul 2025 , 13:19