
Honkonqda etiraz aksiyaları: 63 nəfər saxlanılıb
Honkonq polisi avqustun 31-də icazəsiz aksiyalarda iştirak edən 63 nəfəri saxlayıb.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, 13-36 yaşlı şəxslər metrostansiyada iğtişaşlarla əlaqədar saxlanılıblar.
"Şahzadə Edvard" stansiyasında saxlanan 13 yaşlı yeniyetmənin üzərində yandırıcı maddələr doldurulmuş iki butulka olub. Metrostansiyanın platformasında da yandırıcı maddə dolu çoxlu sayda butulkalar tapılıb.
Saxlanılan şəxslər hücum məqsədi ilə partlayıcı maddə, silah saxlamaqda, qanunsuz aksiyalarda iştirakda günahlandırılırlar.
Qeyd edək ki, dünən Honkonqda keçirilən icazəsiz aksiyalar zamanı polislə toqquşma olub. Toqquşma Honkonqda Hökumət binası yaxınlığında baş verib, gecə saatlarına qədər davam edib. Aksiyaçılar polisə daş, yandırıcı maddələrin olduğu butulkalar atıb, polis gözyaşardıcı qaz, su şırnağı tətbiq edib, havaya atəş açıb.
Nəticədə 5-i ağır olmaqla, 31 nəfər xəsarət alıb.
Xatırladaq ki, Honkonqda etiraz aksiyaları 3 aydır ki, davam edir. Muxtariyyət hökumətinin qanunları pozmaqda şübhəli sayılanları və cinayətkarları Çin hakimiyyətinə təhvil vermək niyyəti Böyük Britaniyanın hakimiyyəti altında olmuş Honkonqda 1997-ci ildən sonra ən böyük kütləvi aksiyaların başlaması ilə nəticələnib. 1997-ci ildə Honkonqun geri qaytarılması müqabilində Çin bu ərazidə ən azı 50 il ərzində insan hüquqlarının, KİV azadlığının qorunacağı vədini verib. Müxalifət isə muxtariyyət hökumətini "bir ölkə, iki sistem" prinsipini pozmaqda ittiham edir.
İyulun əvvəlində Honkonq administrasiyasının rəhbəri Kerri Lam Çinə ekstradisiya ilə bağlı qanun layihəsinin gündəlikdən çıxarıldığını bəyan etməsinə baxmayaraq, aksiyaçıların qanun layihəsinin parlamentdən təcili geri götürülməsi barədə tələbini yerinə yetirməyib. Davam edən aksiyalar zaman-zaman zorakılıq müstəvisinə də keçir.
Artıq aksiyalarda demokratik islahatların keçirilməsi, K. Lamın istefası, aksiyalarda yol verilən polis zorakılığının araşdırılması tələbləri irəli sürülür.
Oxşar yazılar

Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18