
İlk dəfə belə kompüter hazırlanır - “AİTKEN”
ABŞ Kosmik Agentliyi (NASA) və “Hewlett Packard Enterprise” (HPE) şirkəti yeni superkompüterin yaradılması üçün səyləri birləşdirib.
Lent.az “ictnews”a istinadla xəbər Superkompüterin agentliyə məxsus Eyms Tədqiqat Mərkəzində (Ames Research Center) “Artemis” missiyaları çərçivəsində Aya eniş prosesinin modelləşdirilməsi və simulyasiyası üçün istifadə edilməsi nəzərdə tutulur.
Yeni superkompüter ABŞ astronomu Robert Qrant Aytkenin şərəfinə “Aitken” adlanır. Nəzəri pik məhsuldarlığı 3,69 petaflops təşkil edən “Aitken” qurğusu “HPE SGI 8600” sisteminə - yüksək məhsuldarlıqlı xüsusiləşmiş kompleks platformaya (HPC) əsaslanır. O, optimal enerji səmərəliliyi üçün xüsusi maye soyutma imkanlarına malikdir.
Məlumata görə, ikinci nəsil “Intel Xeon Scalable” prosessorlarından və yüksək sürətli “Mellanox InfiniBand” şəbəkəsindən istifadə edən “Aitken” məlumatların saxlanılması üçün 46 080 nüvə və 221 terabayt yaddaş tutumuna malikdir. PUE elektrik enerjisindən istifadə üzrə səmərəlilik əmsalı 1,03-ə bərabərdir. Qurğunun konstruksiyasına 1150 kəsişmə nöqtəsi daxildir.
Kaliforniya ştatının Mauntin-Vyu şəhərində yerləşən yeni NASA mərkəzi superkompüterin soyudulması üçün körfəz ərazisinin təbii temperaturundan və buxarlanma metodlarından istifadə etməklə soyuducu qurğu və böyük tutumlu suya tələbatı aradan qaldıracaq.
HPE əvvəllər də NASA ilə əməkdaşlıq edib. Belə ki, şirkət 2017-ci ildə agentlik üçün Beynəlxalq Kosmik Stansiyaya göndərilən “Spaceborne Computer” superkompüterini yaradıb.
Oxşar yazılar

1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14