
Sabah HAVA şəraiti dəyişəcək - PROQNOZ
Sabah Bakıda və Abşeron yarımadasında şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, avqustun 25-də havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz 33-35° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 30-40% olacaq.
Abşeron çimərliklərində:
Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında:
Hava əsasən yağmursuz keçəcək. Lakin səhər saatlarında bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşməsi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 23-28° isti təşkil edəcək.
Oxşar yazılar
Bakıda QƏZA: Xəsarət alan var
19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi
18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını vurub öldürdü
18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü
18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı
18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR
18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu
18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü
18 iyul 2025 , 19:15