Səyahətə hazırlaşanlar üçün hava<span style="color:red;"> PROQNOZU
23 avqust 2019 17:45 (UTC +04:00)

Səyahətə hazırlaşanlar üçün hava PROQNOZU

İstirahət günlərində səyahətə çıxmaq istəyənlər üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 23-28 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsindəisti və yağmursuzhava şəraiti müşahidə olunacaq. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35, dağlıq rayonlarda 25-30 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında yağmursuz hava şəraitimüşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.

Bakıda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 32-36 dərəcə isti olacaq.

 

 

 

 

 

 

 

# 730
avatar

Aygün İbrahimli

Oxşar yazılar