<span style="color:red;">Gilas kompotunu belə hazırlayın  - Usta öz sirlərini açır: <span style="color:red;">Lent.az-ın mətbəxi
23 avqust 2019 19:32 (UTC +04:00)

Gilas kompotunu belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “EV YEMEKLERİ” adı ilə məşhur olan səhifəyə istinadla gilas kompotunun resepti ilə tanış edəcəyik.
 
Tərkibi:
 
1 butulka üçün 60 qr şəkər tozu, 1 stəkan yarım gılas meyvəsi 
 
Hazırlanma qaydası:
 
Gilasların saplaqlarını təmizləyib yuyuruq. Meyvənin suyu çəkiləndən sonra, butulkaya əlavə edirik, üzərinə isə şəkər tozu tökürük. Sonra qaynadılmış su ilə butulkanı doldururuq. Butulkaların ağzını qapaqla möhkəm bağlayıb, yapışdırıcı vururuq. Daha sonra otaq temperaturunda olan suda butulkaları  qaynadırıq. Kompot qaynadıqdan sonra götürüb sərin yerdə saxlayırıq. 
 
Nuş olsun!

# 1418
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar