
Azərbaycan vətəndaşı bu ölkədə heroinlə tutuldu
Gürcüstanda polis Azərbaycan vətəndaşında heroin aşkar edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Xəbərə görə, qurumun Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə idarəsinin əməkdaşları əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətənaşı E.H-ni qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etmə və saxlama ittihamı ilə saxlayıb.
Hüquq mühafizə orqanı əməkdaşları təqsirləndirilən şəxsdən iki paketdə 114 qram heroin müsadirə edib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin (a) yarımbəndinə əsasən külli miqdarda narkotik maddənin qanunsuz alınması və saxlanması faktı cinayət işi açılıb.
Saxlanılan şəxsi 8 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Oxşar yazılar

"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu
14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA: ölənlər var
14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər xlordan zəhərləndi
13 iyul 2025 , 22:47
Londonda təyyarə qəzaya uğradı
13 iyul 2025 , 22:16
İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09
Ukraynada daha bir Azərbaycan əsilli hərbi qulluqçu öldü
13 iyul 2025 , 14:43