<span style="color:red;">Ürək dağlayan hadisə : Türkiyədə uşaqlarını xilas edən analar can verdi
18 avqust 2019 17:40 (UTC +04:00)

Ürək dağlayan hadisə: Türkiyədə uşaqlarını xilas edən analar can verdi

Türkiyənin  Şanlıurfa bölgəsində faciə baş verib. Lent.az hurriyet.com.tr-yə istinadən bildirir ki, Atatürk Baraj Gölündə çimən 3 uşaq boğulma təhlükəsi yaşayıb. Bunu görən iki ana Nimet Yıldırım ilə Sıdıka Beden suya atılıb. Uşaqları xilas etsələr də analar boğularaq ölüb. 

Məlumata görə, ailələr göl ətrafına piknikə gediblərmiş.  Son xəbərlərdə bildirilir ki, 3 uşaq xəstəxanaya yerləşdirilib. Lakin ikisinin vəziyyəti ağırdı. Xilasedicilər suyun dibindən anaların cəsədini çıxarıblar. Hadisə ilə bağlı araşdırma başlayıb. 

# 6212
avatar

Oxşar yazılar