
Dünyada elektron kağız üçün İLK PRİNTER təqdim olundu - VİDEO
"E Ink Holdings" şirkəti rəqəmli displeylərdə çoxdəfəli çap üçün "JustPrintIt" texnologiyasını təqdim edib.
Lent.az "ictnews"a istinadla xəbər verir ki, xüsusi printer üçün kağız qismində elektron mürəkkəb texnologiyasına əsaslanan displeylər istifadə olunacaq. İstehsalçı əmin edir ki, belə sənədi saxtalaşdırmaq mümkün deyil.
"EPaper" adlı elektron kağız bank kartı ölçüsündə yığcam rəqəmli displey formasındadır. "JustPrintIt" texnologiyasını dəstəkləyən xüsusi printerin köməyi ilə müxtəlif təsvirləri sözügedən elektron kağızda dəfələrlə çap etmək olar. Belə daşıyıcının xidmət müddəti təxminən 1000 çap təşkil edir.
Smartfon və planşetlərdən fərqli olaraq, rəqəmli yazıya müdaxilə qeyri-mümkündür: yalnız firma avadanlığının köməyilə təsviri yeniləmək mümkündür, çünki belə displeylərdə elektron komponent və ya proqram təminatı yoxdur.
Yeni hazırlama avqustun 28-də "Touch Taiwan" texnologiya sərgisində təqdim ediləcək.
Oxşar yazılar

Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14