5581
19:54
10 Avqust 2019

Zəvvarlarımızdan xəbər var - Ayinlər zamanı bu hadisə baş verdi

Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanında olan zəvvarlar bu gün Ərafata çıxıb.

Qafqaz Müsəlmanları İdarəsinin Məkkədə olan nümayəndəsi Lent.az -a bildirib ki, azərbaycanlı zəvvarlar da bu gün Ərafat çölündə ibadət edir.

Zülhiccə ayının 9-u, Qurban bayramı ərəfəsi olduğunu xatırladan QMİ sözçüsü deyib ki, bu gün Məkkədə qeyri-adi hadisə baş verib:

"Güclü külək əsdi, daha sonra toz buludu yarandı. İldırım çaxdı və leysan yağmağa başladı. İsti havanın sərinləməsi zəvvarları kövrəltdi. Hazırda yağış kəsib, havada sərin meh var. Belə bir hava Ərafatda nadir hallarda olur”.

QMİ nümayəndəsi bildirib ki, Həcc namizədləri bu gün axşam Müzdəlifəyə gedəcək və sübh azanına kimi orda ibadət edəcəklər:

"Gün çıxdıqdan sonra isə Minaya gedən zəvvarlar şeytanı daşlama ayinini yerinə yetirəcək, ardınca qurbanlarını kəscəklər.

Daha sonra ehramdan çıxan zəvvarlar Hacı olacaqlar".

Qeyd edək ki, Səudiyyə Ərəbistanında Qurban bayramı avqustun 11-də qeyd olunur.