"Efirlərə çıxmağa utanırdım" - Oksana
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	"Uşaqdan sonra 35 kiloqram kökəlmişdim. Efirlərə çıxmağa utanırdım. İndi bütün artıq çəkini atmışam".
	Lent.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə Oksana Rəsulova "Sunayla sına" proqramında deyib. Sənətçi kök olduğu vaxtlarda efirə çıxmağa utandığını etiraf edib:
	"Məni görənlər tanımırdı. Ancaq düzgün qidalandım. Çox idman etmirdim. Heç rəqs də edə bilmirdim. İndi əvvəlki çəkimə qayıtmışam".
	Qeyd edək ki, Oksananın oğlu dünyaya gəlib. Sənətçi övladına Osman adını qoyub.
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0