"Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün əsas məsələlərdən biridir" - <span style="color:red;">İLHAM ƏLİYEV
01 avqust 2019 10:27 (UTC +04:00)

"Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün əsas məsələlərdən biridir" - İLHAM ƏLİYEV

 
"Məndə olan məlumata görə, bizdə nağdsız ödənişlər hələ də aşağı səviyyədədir. Hesab edirəm ki, bu sahədə çox ciddi addımlar atılmalıdır. Çünki biz çalışmalıyıq ki, nağdsız ödənişlərin həcmi artsın".
 
APA-nın məlumatına görə, bunu iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.
 
Prezident bildirib ki, posterminalların sayı da artmalıdır: "Ancaq mənə verilən məlumata görə, onların sayı artmır. Bu problem həllini tapmalıdır. Çünki nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, kölgə iqtisadiyyatını qidalandırır. Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir. Bu gün burada verilən məlumat bunu göstərir ki, bu istiqamətdə önəmli addımlar atılıb. Yüz mindən çox əmək müqaviləsi bağlanıb. Halbuki bu insanlar əvvəllər kölgə iqtisadiyyatında fəaliyyət göstərirdilər. Nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, qəbuledilməzdir. Tapşırıq verirəm ki, bu məsələ təhlil edilsin və ciddi addımlar atılmalıdır".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1128

Oxşar yazılar