İlk müstəqil teatrımız  yeni mövsümə bu tamaşa ilə başlayacaq
27 iyul 2019 16:48 (UTC +04:00)

İlk müstəqil teatrımız yeni mövsümə bu tamaşa ilə başlayacaq

Azərbaycanın ilk müstəqil teatrı olan  Azərbaycan Dağınıq Oda teatrı (ODA)  7-ci mövsümün ilk premyerasını edəcək.

Lent.az xəbər verir ki, premyera  iyulun 31-də saat 19:00-da baş tutacaq.

Premyerada oynanılacaq RİNG adlı tamaşa modern alman dramaturqu Falk Rixterin “Güvən” pyesi əsasında hazırlanıb.

Əsəri Azərbaycan dilinə dramaturq Mehman Musabəyli tərcümə edib.

Tamaşanın rejissoru ADO teatrının fransız əsilli aktrisası Elsa Furtado, rəssamı Leyla Quliyevadır. Rolları isə Günel İmanova, Fərizə Babayeva, İskra Tarrant, Elmin Bədəlov və Sabir Vol Məmmədov ifa edir.

 

 

 

# 1391
avatar

Aygün İbrahimli

Oxşar yazılar