FPL-də üçüncü turun sirri:  “Mançester Siti”dən kimi almaq lazımdır?
04 sentyabr 2026 11:01 (UTC +04:00)

FPL-də üçüncü turun sirri: “Mançester Siti”dən kimi almaq lazımdır?

0

Fantasy Premyer Liqada üçüncü tur öncəsi menecerlərin əsas diqqəti “Mançester Siti” futbolçularına yönəlib. Erling Haaland, Rayan Şerki, Fil Foden və Yoşko Qvardiol ən çox müzakirə olunan seçimlər sırasında yer alır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, heyətində Haaland olmayan oyunçular norveçli hücumçunu transfer etmək üçün “Wildcard” və ya “Free Hit” imkanından istifadə edə bilərlər. “Mançester Siti”nin qarşıdakı turlarda münasib rəqiblərlə qarşılaşması bu addımı daha cəlbedici edir.

Haaland üçün “Triple Captain” seçimi də uğurlu variant sayılır. “Koventri”nin müdafiədə zəif çıxışı, “Siti”nin hücum potensialı və Haalandın həftə ərzində istirahət etməsi onun yüksək xal toplamaq şansını artırır.

“Mançester Siti”nin yarımmüdafiəçiləri arasında ən çox transfer edilən futbolçu Rayan Şerkidir. Qiyməti artıq iki dəfə yüksələn oyunçu son qarşılaşmadakı çıxışı ilə diqqət çəkib. Fil Foden də statistik göstəricilərinə görə sərfəli seçim hesab olunur. Lakin mövsümün sonrakı mərhələlərində hər iki futbolçunun oyun vaxtı ilə bağlı risk yarana bilər.

Müdafiə xəttində isə ən yaxşı seçim kimi Yoşko Qvardiol göstərilir. Onun həm qapını toxunulmaz saxlamaq, həm də hücumlarda xal qazandırmaq potensialı var.

Kristos Tzolisi heyətində saxlayanlara tələsməmək tövsiyə edilir. Futbolçunun “Aston Villa” ilə oyunda fasilədə əvəzlənməsi narahatlıq yaratsa da, 6,5 milyon funtluq qiyməti və əsas heyətdə oynamaq ehtimalı onu hələ də münasib seçim edir.

Bruno Fernandeş, Koul Palmer və Bukayo Saka arasında qərar verərkən kapitanlıq planı əsas götürülməlidir. Fernandeş standart vəziyyətləri yerinə yetirir, nadir hallarda əvəzlənir və “Mançester Yunayted”in əsas qol ümididir. Lakin yaxın turlarda ona kapitan sarğısı verilməyəcəksə, Palmer və ya Sakaya keçmək daha sərfəli ola bilər.

Transfer pəncərəsinin son günlərində klubunu dəyişən futbolçularla bağlı isə bir həftə gözləmək məsləhət görülür. Daniel Munyos, Bredli Barkola və Cek Qriliş kimi yeni transferlərin dərhal əsas heyətdə meydana çıxacağına zəmanət yoxdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar