Aeroport şossesində yol qəzası baş verib, xəsarət alan var - FOTO - VİDEO
24 iyul 2019 06:35 (UTC +04:00)

Aeroport şossesində yol qəzası baş verib, xəsarət alan var - FOTO - VİDEO

 

Bakının Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, beynəlxalq hava limanı istiqamətində hərəkətdə olan və Süleyman Süleymanovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxıb və eyni istiqamətdə hərəkətdə olan "Daewoo" markalı avtomaşına çırpılıb.

Zərbənin təsirindən "Daewoo" yolayırıcı dəmirə dəyib. Avtomobilin sürücüsü Məmmədov Təbriz Maqsud oğlu xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirib.

Hadisə yerinə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

# 527
avatar

Oxşar yazılar