
Azərbaycan filmləri beynəlxalq festivalda
Müstəqil Azərbaycan kinosunu təmsil edən iki filmimiz Sarayevo film festivalında yarışacaq.
Lent.az-ın verdiyi xəbərə görə, hər iki film əsas müsabiqə proqramına salınıb. Bunlar Hilal Baydarovun sənədli filmlər proqramında yarışan “Xurmalar yetişən vaxt” filmi (Avstriya, Azərbaycan, 2019) və Teymur Hacıyevin qısametrajlı filmlər proqramında yarışan “Duz istiot, zövqə görə” filmidir.
“Xurmalar yetişən vaxt” filmi sənədli filmlərproqramında 15 filmlə yarışır. Teymur Hacıyevin “Duz istiot zövqə görə” filmisə qısametrajlı filmlər müsabiqə proqramına düşən 14 filmdən biridir.
Xatırladaq ki, Sarayevo festivalı 2003-cü ildən bəri keçirilir və bu il festivalın 25 illiyi qeyd olunur. Hər il 300dən artıq rejissor, prodüser, ssenari yazarı festivalla əlaqədar Sarayevoya toplaşır.
Bu il festivala təqdim olunan 950 filmdən 53-ü müsabiqədə iştirak haqqı qazanıb. Bunlardan 9-u bədii filmlər bölməsində, 14-ü tələbə filmləri bölməsində, 16-ı sənədli filmlər bölməsində yarışacaq. Ümumilikdə bu il festivaldaAvstriya, Albaniya, Azərbaycan, Bosniya, Ermənistan, Rumıniya, Gürcüstan, Yunanıstan, Moldova, Bolqariya və bir çox başqa ölkələr iştirak edir.
Festival 16-23 avqust tarixində keçiriləcək.
Oxşar yazılar

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
15 iyul 2025 , 16:19
Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21