Ləzzətli badımcan salatı - <span style="color:red;">Usta öz sirlərini açır : <span style="color:red;">Lent.az-ın mətbəxi
18 iyul 2019 15:51 (UTC +04:00)

Ləzzətli badımcan salatı - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “Myfoodchannel” adı ilə məşhur olan səhifəyə istinadla badımcan salatının resepti ilə tanış edəcəyik.
 
Tərkibi:
 
3 ədəd badımcan, 1 ədəd kök, 1 ədəd qırmızı bolqar bibəri, 1 ədəd soğan, acı bibər (yaşıl və ya qırmızı), yarım dəstə keşniş, 2 diş sarımsaq, 1 çay qaşığı duz, 1 çay qaşığı şəkər tozu, 2 yemək qaşığı sirkə 9%-li (alma, üzüm, fərqi yoxdur), 2 yemək qaşığı mayonez (istəyə görə).
 
Hazırlanma qaydası:
 
1 ədəd kökü incə lay-lay, daha sonra uzunsov formada doğrayırıq. 1 ədəd qırmızı bolqar bibərini uzun, yarım dəstə keşnişi isə xırda doğrayırıq (əvəzinə cəfəri də olar). Sonra 1 soğanı ikiyə bölüb orta qalınlıqda lay-lay, azacıq yaşıl acı bibəri uzun, 3 ədəd yuyulmuş badımcanı isə lay-lay doğrayırıq. 
 
Doğradığımız badımcanı yağlı kağız sərilən soba listinə əlavə edərək, üzərinə 2-3 yemək qaşığı duru yağ və duz əlavə edilib qarışdırırıq. Daha sonra əvvəlcədən 250 dərəcədə qızdırılan sobada bişiririk.
 
Bir kənarda isə tavaya azacıq duru yağ töküb, soğan, kök, qırmızı bibəri əlavə edirik və diriliyi itənədək qarışdırırıq. Hazır olana yaxın isə acı bibər əlavə edilir və 1-2 dəqiqə qarışdırılaraq, salat qabına tökürük. Badımcanın soyumasını gözləmədən uzunsov doğrayıb salat qabına əlavə edirik və daha sonra keşnişi, 2 ədəd rəndələnmiş sarımsağı tökürük. Ən sonra isə 1 çay qaşığı duz, 1 çay qaşığı şəkər tozu və 2 yemək qaşığı 9 faizli sirkəni əlavə edib qarışdırılır, 1 saat soyuducuda saxlanılır və servis edilir.
 
Qeyd edək ki, salata istəyə görə 2 yemək qaşığı mayonez də əlavə etmək olar.
 
Nuş olsun!

# 4191
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar