
"La Liqa"da yeni transfer rekordu: 1 milyard 24 milyon avro
İspaniya La Liqasında çıxış edən klublar yay “transfer pəncərəsi”nin ilk iki həftəsində 1 milyard 24 milyon avro xərcləyib.
APA-nın məlumatına görə, bu göstərici İspaniya çempionatı tarixinin yeni rekordudur.
Transfer dövrünün bitməsinə 50 gün qalıb ki, bu da rəqəmin daha da böyüyəcəyi anlamına gəlir. Bunadək rekord ötən ilin yayında qeydə alınmışdı. Həmin vaxt komandalar transferlərə 866 milyon avro xərcləmişdi.
Yeni rekordun qeydə alınmasında ən bahalı futbolçuların rolu böyükdür. Yayın 10 ən dəyərli keçidindən altısı "La Liqa"nın payına düşür. Joau Feliş “Atletiko”ya 126, Antuan Qrizmann “Barselona”ya 120, Eden Azar “Real”a 100, Frenki de Yonq “Barselona”ya 75, Eder Militao “Real”a 50 milyon avroya başa gəlib.
Oxşar yazılar

Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25
Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
14 iyul 2025 , 18:15
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olundu
14 iyul 2025 , 17:21